E-MAX kronlar

E-MAX kronlar

Tam keramik qapaqlarin (kronlarin)  tərkinbində metal olmur. Bu da həmin kronları təbii dişə daha biouyğun edir.Keramika ilə hazırlanmış kronlar yüngüllüyü, dayanıqlığı, toksik olmamağı və orqanizmlə mükəmməl uyğunluğu ilə fərqlənir.

Tam keramik kronların ən böyük üstünlüyü onların görünüşüdür- təbii dişin  rənginə və təbii dişlərə bərabər işıq keçiriciliyiə malik olmalarıdır. Bu səbəbdən hətta stomatoloqların  özləri bele bu kronları təbii dişdən fərqləndirməkdə  çətinlik çəkər .

Həmçinin tam keramik kronlar metalkeramik  və hətta zirkon əsasli keramik qapaqlardan daha incədir , bu səbəbdən qapaq altına gedən dişlərin yonulması daha az,minimal  olacaq və qapağın dişlə təmas sahəsi böyüyəcək ki,paientlərimiz daha uzun ömürlü  və sağlam dişlərə sahib olacaq .

Bizim klinikamızda son nəsil  metalsız keramika sayılan E-MAX istifadə olunur

E-MAX- metalsız keramika sahəsində Almaniyanın *İvoclar-Vivadent*   adlı kompaniyasının  yüksək texnologiyalar əsasında hazırladığı məhsuldur .İnnovativ metalsız keramika dünya stomatologiya bazarına 20 il öncə çıxarılıb.Bu dişlərin restavrasiyasında bir inqlab oldu,ondan əvvəl yalnız metal keramik kronlar istifadə edilirdi.Alman firması olan *İvoclar-Vivadent* daima yeni növ diş keramikaların istehsalı ilə məşğul olur və həmçinin mövcud olan məhsulların  təkmilləşdirir

E-MAX- Litium-Disilikat dan hazırlanmış  vinirlər,onlay , inlay və qapaqlardır.yuxarıda sadaladığımız xüsusiyyətlərdən əlavə bu material son dərəcə mühüm daha bir üstünlüyə malikdir ki bu da materialin möhkəmliyidir.Öncəki  nəsil keramik materiallar  çeynəmə dişlərinə düşən yükə tab gətirə bilmədiyi halda İPS E.MAX bu problemi həll etdi.

Hansı hallarda E-MAX istifadə olunur

 

Comments are closed.