İmplantologiya

İmplantologiya

İmplant çəkilmiş dişlərin yerinə dişin funksiyasını yerinə yetirməsi üçün çənə sümüyünə yerləşdirilən süni diş köküdür. İmplantlar estetik olaraq heç bir problem yaratmır. İmplantlar əksər hallarda titan elementindən hazırlanır. Bəzi növ implantlar da var ki onlar titan və zirkon elementlərinin qarışığından hazırlanır.

 

 

 

İMPLANTLAR TƏHLÜKƏSIZ VƏ UZUN ÖMÜRLÜDÜRMÜ?

İmplantlar uzun ömürlüdürlər sümük toxumasında hər hansı bir problem yaratmırlar. İmplantın ömrü bir çox faktorlardan asılıdır: – Həkim sistemi yaxşi bilən təcrübəli cərrahlar tərəfindən qoyulmalıdır – Keyfiyyətli implant markası istifadə edilməlidir. Satışda çox implant markaları var bunlar keyfiyyətinə görə bir birindən fərqlənir. – Pasiyent implanta təbii dişlər kimi baxılmalı və implant üzərinə qoyulan diş fırçalanmalı – Pasiyent ildə iki dəfə panorama rentgeni ilə müayinə edilməlidir

HƏR XƏSTƏYƏ İMPLANT QOYULA BİLƏRMİ?

Dental implantların yerləşdirilməsi üçün çənə sümüklərinin quruluşu çox önəmlidir. Çünki implantlar müəyyən bir uzunluğa və genişliyə malikdirlər. İmplantın çənəyə yerləşdirilməsi üçün çənə sümüyünün müəyyən bir genişlikdə və uzunluqda olması lazımdır. Buna sümüyün keyfiyyəti də daxildir. Bəzi hallarda sümük zəif olur və ya yetərsiz olur belə hallarda implant öncəsi implant qoyulacaq yerə sümük köçürmə əməliyyatı aparılır. Sağaldıqdan sonra implant yerləşdirilir. İmplantlarla sağlam çeynəmə funksiyası göstərən mükəmməl estetikliyə malik və həyat keyfiyyətinizi artıran dişlərə sahib ola bilərsiniz. Gülüşünüzü bizlərə gönül rahatlığı ilə əmanət edə bilərsiniz.

HƏR YAŞDA İMPLANT QOYULA BİLƏRMİ?

18 yaşından 90 yaşına qədər hər xəstəyə qoyula bilər. Bəzi hallarda 18 yaşından öncə də implantasiya həyata keçirilə bilinir bunun üçün sümüyün inkişafının tamamlanmasını gözləmək lazımdır. İMPLANT XƏRÇƏNG YARANMASINA SƏBƏB OLA BİLƏRMİ? 18 yaşından 90 yaşına qədər hər xəstəyə qoyula bilər. Bəzi hallarda 18 yaşından öncə də implantasiya həyata keçirilə bilinir bunun üçün sümüyün inkişafının tamamlanmasını gözləmək lazımdır.

İMPLANT YERLƏŞDİRİLİRKƏN AĞRI HİSS EDİLİRMİ?

İmplant əməliyyatından öncə lazımlı keyləşdirici iynələrlə keyləşdirilmə aparılarsa ağrı hiss edilmir. İmplant əməliyyatları yerli keyləşdirmə ilə həyata keçirilir. Bəzi hallarda sedasya və ya ümumi narkoz altında da edilə bilər. Tək bir implantın yerləşdirilməsi diş çəkimindən daha rahat və qısa sürən bir prosesdir (15 dəq). Əməliyyatdan sonra hiss edilən ağrı sadəcə əməliyyat günü olur və ağrı kəsici dərmanlarla keçir. Bəzən heç ağrı kəsici dərmana belə ehtiyac olmur.

 

Comments are closed.