Ortodontiya

Ortodontiya

Ortodontiya – əyri dişlərin düzəldilməsi, diş, çənə və üzdəki
uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan elm sahəsidir. Ortodontistlər çənə sümüyünüzün və dişlərinizin doğru yerdə və doğru vəziyyətdə yerləşməsini təmin edir. Dişlərdəki əyriliklərin düzəldilməsi ilə əhəmiyyətli bir estetik görüntü təmin etməklə yanaşı, ağız və diş sağlamlığına da xeyli müsbət təsir göstərməkdədir.

Əyriliklərin aradan qaldırılması bu hissələrin daha asan və effektiv təmizlənməsini təmin edir ki, bununla da dişəti xəstəlikləri və kariesin qarşısını almaq olur. Həmçinin, dişlərin və çəninin bir-biri ilə kontaktı düzələcəyi üçün daha yaxşı çeynəmə funksiyası əldə olunur. Təxminən 7 yaşında ortodontik müalicəyə ehtiyacının olub olmamasının təyin olunması üçün övladınız mütəxəssis tərəfindən müayinə olunmalıdır.

Ortodontiya diş-çənə-üz bölgəsinə aid olan pozğunluqların əmələ gəlməsinin qabaqlamağa, irəliləmə prosesini dayandırmağa, müalicə etməyə, gözəl estetika və funksiyanın təmin olunmasına hədəflənir.

Ortodontik qüsurlarlar nədən əmələ gəlir:

Doğuş anomaliyaları (dodaq-damaq yarığı və s)

 

 

 

Xətalı funksiyalar (ağızdan nəfəs alma və s.) – Xroniki iltihablar və bənzər səbəblər uzun müddət davam edərsə, badamcıqlar həddindən artıq dərəcədə inkişaf edə bilər. Bu vəziyyətdə tənəffüs yolları daralır və nəfəs alma çətinliyi meydana gəlir. Bu çətinliyi aradan qaldırmaq və o bölgədəki tənəffüs yolunu genişləndirə bilmək məqsədiylə uşaq alt çənəsini və buna bağlı olaraq dilini önə verməyə məcbur olur. Belə vəziyyət uzun müddət davam etmiş olarsa, alt çənənin vəziiyəti önə doğru yer dəyişir. Dil qabaq dişlərin arasına girirsə və dişlərin çıxmasına mane olursa açıq qapanış (alt dişlərin üst dişlərə toxunmaması) meydana gəlir. Xəstə burundan nəfəs ala bilmirsə, üst çənənin böyümə potensialı üzərində mənfi təsir yaranır.

Bəd vərdişlər (barmaq əmmə, uzun müddət yalançı əmzik istifadəsi və s): Yeni doğulmuş körpədə olduqca inkişaf etmiş əmmə mexanizmi vardır. Əmmə instinkti təmin edilməmiş bir körpə bu ehtiyacını aradan qaldırmaq üçün bəzi vərdişlər əldə edir. Ana südü ilə 9-18 ay qidalanan uşaqların əksəriyyətində bu vərdişə rast gəlinmir. Aparılan araşdırmalar barmaq əmmənin həyatın ilk bir neçə həftəsində
aclığa bağlı olaraq inkişaf etdiyini göstərmişdir. Dişlərin çıxmağa başladığı dövrdə təbii qıcıqlanmalardan yaranan ağrı barmaq əmmə vərdişini artırır. Barmaq əmmə yaşla azalır. Barmaq əmmənin səbəbləri: ani olaraq ana südündən və ya əmzikdən kəsilmə; körpə qidalanarkən əmməni çox qısa müddətdə bitirmək; uşağın qidalanmasını uzun aralıqlar şəkildə təşkil etmək və s. Barmaq əmmə vərdişinə qarşı erkən vaxtlarda heç bir tədbir görmək olmur. Bu dövrədə vərdişin qarşısını almaq uşağın fiziologiyasına təsir edəcəyi üçün təhlükəlidir. Bu vərdişin müalicəsi üçün dəqiq bir yaş dövrü deyilə bilməz. Uyğun zaman hər bir uşaq üçün ayrıdır. Ümumi halda isə barmaq əmmə vərdişi 3.5 yaşdan sonra da davam edərsə, müalicəyə başlanılmalıdır. Bu vərdiş olan uşaqlarda əmilən barmağa və ya barmaq sayına uyğun olaraq təsir sahəsində olan alt və üst dişlərdə əyriliklərə və alt çənə ilə üst çənənin bağlanması zamanı nizamsızlıqlara rast gəlinəcək.

Yalançı əmzik:

Fizioloji xüsusiyyətləri olan bir əmziyin 1.5 yaşına qədər əmilməsi zərərli deyil. Hətta uşağın barmaq əmmə kimi pis bir vərdiş qazanmasının qarşıısını alar. Yalancı əmziklər davamlı olaraq istifadə olunduğu zaman ağız boşluğundakı toxumalara uzun müddət anormal təsir etdiyi üçün o bölgələrdə nizamsızlığa və müxtəlif dişləm qüsurlarına səbəb olmaqdadır.

Çürümə nəticəsində süd dişlərinin erkən düşməsi.

Zədə:

Düzgün qidalanmama: Kifayət qədər qidalanmayan insanlarda çənə və üz quruluşunun həcmində kiçilmələr meydana gələcək və normal həcmdəki dişlər kiçik çənədə düzgün yerləşə bilmədiyi üçün əyriliklər, rotasiyalar (dönmə), həttaretensiya hallarına rast gəlinir.

Yatmaq forması:

Yatmaq forması ümumilikdə alt çənənin yatma zamanı mövqeyinimüəyyən edir. Bu da bizə alt çənənin ortalama gündə 8 saat hansı mövqedəolduğu haqqında məlumat verir. Məsələn üzü üstə yatan bir uşaq ilə,arxası üstə yatan bir uşaqda alt çənənin mövqeyi fərqlidir. Yatarkən davamlı eyni tərəfə yatıb əlini və ya yumruğunu üzü ilə yastıq arasına qoyma vərdişi olan insanlarda həmin hissədə üz davamlı bir təzyiqə məruz qaldığı üçün ortodontik problemlər meydana çıxa bilər.
Diş sıxma, dırnaq yemə, qələm dişləmə, dodaq dişləmə kimi pis vərdişlər
Süd dişlərinin vaxtından qabaq düşməsi
Dişəti probleminə bağlı diş nizamsızlıqları
Diş itirilməsi ilə bağlı olaraq meydana gələn nizamsızlıqlar
20 Yaş dişlərinin öndəki dişlərə təzyiq etməsinə bağlı yaranan problemlər
Genetik meyillik
Hormonal pozuntular, sistem xəstəlikləri

Comments are closed.