Uşaq Stomatologiyası

Uşaq Stomatologiyası

Uşaq stomatologiyası diş həkimliyinin 0-14 yaş qrupu uşaqlarla məşğul olan sahəsidir . Uşaq stomatologiyasının  prinsipi; meydana gəlmiş problemləri aradan qaldırmaq və profilaktik müalicələri aparmaqdır.

 

 

 

 

Uşaqlarda Sıx Rastlanan Diş Problemləri:

  • Karies(Çürük)
  • Zərbəylə əlaqəli diş travmaları
  • Ağızda çıxmayan dişler
  • Anormal diş renglənmələri və qurluş pozuntularıları
  • Əyriliklər, aralanmalar
  • Erkən diş itirilməsi

Müalicələr:

  • Süd dişi plomblanması
  • Süd dişi kanal müalicəsi
  • Fissur sealant tətbiqi
  • Flor tətbiqi
  • Yer tutucular
  • Ağız gigiyena təlimatları
  • Zərərli vərdişlərin aradan qaldırılması

Flor tətbiqinin önemi:

Florid diş strukturunda olması vacib olan,dişə dayanıqlıq və dirənc qazandırmaqda önəmli bir kimyəvi birləşmədir. Bu birləşmə diş strukturunda hər insanda müəyyən nisbətdə olur. Ancaq uşaqlarda qidalanma ilə əlaqədar bu birləşmənin çatışmamazlığı ola bilər. Yetkin insanlarlar  diş məcunu və digər vasitələrlə kifayət qədər florid ala bildikləri halda, uşaqlar fırçalama alışqanlıqlarına erkən yaşda çox sahib olmadıqlarına görə bu birləşmədən qıtlığ çəkirlər. Bu səbəblərdən irəli gələrək həkimlerin tətbiq etdikləri  topikal florid müalicəsi çox önəmlidir. Uşaqlar  6 aydan  bir  nizamlı olaraq həkim kontrolundan keçirilməlidir.

Fissur sealent :

Dişlərin çeynəmə səthləri  ümümilikdə  girintili çıxıntılıdır. Belə bir quruluş qida qalıqlarının bu bölgələrdə asanlıqla    yığılmasına və çürüklərin sürətlə əmələ gəlməsinə səbəb olur. Bunu aradan qaldırmaq  məqsədiylə uşaqlarda dişlərin çeynəmə səthlərinə axıcı, özəl bir vasitə ilə diş üzərində heç bir müdaxilə etmədən tətbiq olunan qoruyucu  dolgulara fissür sealent deyilir.

Yer tutucular:

Müxtəlif səbəblərlə erkən vaxtlarda itirilən süd dişlərinin yerlərini alacaq  daimi dişlərin cixma zamanlarına qədər mövcud boşluğu  qorumaq  məqsədiylə hazırlanan sabit vəya  çıxarıla bilən bəsit ortodontik apereylərdir. Bu müdaxilə nə qədər bəsit olsa da  təsirləri, daha sonra yaranacaq ortodontik problemləri (əyriliklər, aralanma,yer darlığı, tələffüz  pozuntuları ,estetik pozuntular vs) aradan qaldırmaq adına çox önəmlidir.

Süd dişləri müalicə edilməlidirmi?

Süd dişləri də eyni daimi dişlərdə olduğu kimi tedavi edilməlidir. “Onsuzda  yerinə diş gələcək!” düşüncəsiylə bu dişlərin çəkilməsi bir çox  problemlərə səbəb olur. Süd dişlərinin qidalanmada böyük rolu vardır. Çürük dişləri olan və ya süd dişləri çəkilmiş olan uşaqlar rahat qida qəbul edə bilmədikləri üçün inkişaflarına da mənfi təsir edir. Dişlər danişmaq üçün lazımlıdır. Özəlliklə danışığın öyrənildiyi zamanda ön süd dişlərinin əksik olması f,v,s,z,t hərflərinin bir alışqanlıq halına gələrək ömür boyu səhv tələffüz edilməsinə səbəb olacaqdır.

Comments are closed.